Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_9092c616eb0fe9bd83fb5b3fbb2956f4, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
23 Aprel - Türkiyənin Milli Suverenlik və Uşaq Bayramıdır
23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı Ulu Atatürkün sadəcə Türkiyəyə və bütün Türk dünyasına deyil, planetimizin bütün uşaqlarına bəxş etdiyi bayramdır. Bu bayram Türkiyədə və Şimali Kiprdə rəsmi olaraq, Kosovada yaşayan Türklərin isə Mili Günü kimi qeyd olunur.
Cümhuriyyət fəlsəfəsinin təməl prinsipi suverenliyin mənbəyinin xalq və vətəndaşların iradəsi olduğudur. Vətəndaşlıq şüuru və ruhu isə uşaqlıdan tərbiyə olunmalıdır. Bu mənada bayramın adı onun məqsədini tam əks etdirir: əgər uşaqlarımız gələcəyimizdirsə, gələcəyimiz cümhuriyyətdir.
AY Partiya qardaş Türkiyənin timsalında bütün Türk Dünyasını və dünya uşaqlarını bu bayram münasibəti ilə təbrik edir və bütün cümhuriyyətçilərə milli suverenliyin qorunması yolunda uğurlar diləyir.