Ahıska Türklərinin doğma yurdlarından sürgün edilməsindən 77 il ötür.
İkinci Dünya Müharibəsinin davam etdiyi bir vaxtda - 1944-cü ilin noyabrında İosif Stalinin əmri ilə Gürcüstanda yaşayan on minlərlə türk bir gecədə vaqonlara mindirilərək, Mərkəzi Asiya və Sibirə deportasiya edilib.
Bu sürgün zamanı minlərlə məsum, sivil soydaşımız ağır deportasiya şərtlərinə və saxlanma şəraitinə dözməyərək həyatını itirib. Deportasiya nəticəsində 50 min nəfərədək ahıska türkünün öldüyü bildirilib.
Sonralar həmin türklərin bir hissəsi Azərbaycana gələrək, burada yaşamağa, məskunlaşmağa başlayıb. Hazırda ölkəmizdə 80 min Ahıska türkü yaşayır.
77 ildə olmazın əziyyətinə qatlanan, işgəncələrə, soyqırımına məruz qalan Ahıska türklərinin ata yurdu olan Gürcüstanın Mesxetiya bölgəsinə qayıtması hələ də mümkün olmayıb. Onların çox az hissə Gürcüstana dönə bilib.
Azərbaycan Yüksəliş Partiyası soydaşlarımıza qarşı həyat keçirilən qeyri-insani davranış nəticəsində həyatını itirənləri sayğı ilə yad edir, onların xatirəsini əziz tutur, Türk Birliyi ölkələrinin iqri ayrıseçkilik nəticəsində ata yurdlarından didərgin düşən Ahıska türklərinin dogma torpaqlarına qayıtması istiqamətində birgə səylər göstərilməsinin vacib olduğunu bildirir.