Azərbaycan Yüksəliş Partiyası Başqanı Anar Əsədli Ankarada bir sıra görüşlər keçirib.
Avrasiya Tarix və Mədəniyyətləri Dərnəyinin (ATAMDER) AY Partiya Başqanı üçün ayırdığı iqamətgahda Anar Əsədli bu gün Türkiyədəki önəmli QHT-lərdən olan Türkiyə-Ukrayna Dostluq Dərnəyinin Başqanı, Kırım Dərnəyi İdarə Heyətinin üzvü Ali Olgun Boydakla görüşüb. Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, hər iki dövlətin Ukrayna ilə əlaqələri barədə danışılıb, bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində təkliflər irəli sürülüb. Qərara alınıb ki, təkliflərin reallaşdırılması üçün addımlar atılsın, bəzi tədbirlər həyata keçirilsin.
AY Partiya Başqanı həmçinin ATAMDER üzvü, Türkiyənin tanınmış aydınlarından olan Meral Bölükbaşı Coşkun ilə bir araya gəlib. Görüşdə ölkələrimizin bütün sahələrdə münasibətlərinin səviyyəsindən danışılıb, AY Partiya və ATAMDER-in bu istiqamətdə göstərə biləcəyi ortaq fəaliyyətə dair fikir mübadiləsi aparılıb.