Azərbaycan Yüksəliş Partiyasının təsis etdiyi “Məhəmməd Əmin Rəsulzadə” mükafatı Azərbaycan Kültür Dərnəyinin Başqanı Cəmil Ünala təqdim olunub.
Ankarada səfərədə olan AY Partiya Başqanı Anar Əsədli Cəmil Ünalı evində ziyarət edib, ona mükafatı təqdim edib.
Mükafat üçün təşəkkürünü bildirən Cəmil Ünal Azərbaycanı güclü, bütov görmək istədiyini, bunun gerçəkləşəcəyinə inandığını dilə gətirib. O, bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsinin vacibliyini bildirib, ən doğru seçimin Rəsulzadənin qoyduğu yol olduğunu vurğulayıb.
Xatırladaq ki, mərkəzi ofisi Ankarada yerləşən Azərbaycan Kültür Dərnəyinin qurucusu milli öndər Məhəmməd Əmin Rəsulzadədir.