Azərbaycan Yüksəliş Partiyasının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhid ailələrini ziyarəti davam edir.
Bu dəfə Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində qəhrəmancasına həlak olan şəhid polkovnik-leytenant Mehman Şirvanovun ailəsinin qapısını döydük.
Partiyanın başqanı Anar Əsədli, Başqanlıq Heyəti və Şaxta baba obrazında Əməkdar artist Mətləb Abdullayevin iştirakı ilə baş tutan görüş şəhidimizin qızı Nurayın şirin söhbətləri və sevincli anları ilə yaddaşlara yazıldı.
Bütün şəhidlərimizin ruhunu sayğıyla yad edir, evlərində hər zaman bayram ab-havası yaşanmasını diləyirik.