Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) Başqanı Anar Əsədli arasında görüş keçirilib.
Görüşdə şöbə müdiri Ədalət Vəliyev AY Partiyanın dövlət qeydiyyatına alınması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini Başqan Anar Əsədliyə çatdırıb.
AY Partiya Başqanı öz növbəsində göstərilən diqqətə görə Ölkə Prezidentinə təşəkkürünü bildirib.
Anar Əsədli həmçinin qeydiyyat prosesində göstərdiyi həssasiyyət üçün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə də təşəkkürünü bildirib.
Görüşdə hakimiyyətlə siyasi partiyaların arasında əməkdaşlığın inkişaf etdirilməsi, dialoqun daha yüksək səviyyədə olması istiqamətində müzakirələr aparılıb.