AY Partiya Başqanının "Vicdanın labüd etdiyi savaş" adlı kitabı MEK-ə təqdim edildi
Xəbər365 xəbər verir ki, Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin müəllifi olduğu "Vicdanın labüd etdiyi savaş" kitabı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim edilib.
Bununla bağlı AY Partiya ilə MEK arasında müəllif müqaviləsi imzalanıb.
Anlaşmaya əsasən, kitabın çap variantı oxucuların ixtiyarına veriləcək, həmçinin nəşrin elektron versiyası kitabxananın veb saytının (http://www.mek.az/) E-kitabxana bölməsinə yerləşdiriləcək. Kitab bütün sayt istifadəçiləri üçün əlçatan olacaq.
Qeyd edək ki, şəhid övladlarına ithaf olunan "Vicdanın labüd etdiyi savaş" AY Partiyanın Kitabxanası seriyasından çap olunan ilk kitabdır.