2016-cı ilin Aprel döyüşləri Azərbaycanın müasir dövr hərb tarixinin şanlı səhifəsidir. Qısa müddətdə, dördgünlük əməlliyyatla bir neçə vacib yüksəklik erməni işğalçılardan azad olunub, düşmənin müdafiə xətti darmadağın edilib.
Bu zəfərdən sonra Azərbaycan xalqı və ordusu əmin oldu ki, tək yol savaşmaq və düşməni məhv etməkdir. 2020-ci ilin sentyabrlnda bu amalla yola çıxan Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin qələbə ilə sonlanmasına nail oldu, döyüş əzmini, cəsarətini, igidlik salnaməsini tarixə yazdırdı.
Azərbaycanın qəhrəman oğullarının canı, qanı bahasına alınmış torpağın hər bir qarışı bizlər üçün and yeridir. Qələbənin bizim olacağına olan inamı bəxş edən Aprel döyüşlərinin iştirakçıları Azərbaycanın və Türk Dünyasının önündə duran bütün əngəlləri məharətlə dəf etmənin mümkünlüyünü və labüdlüyünü bir daha sübuta yetirdilər.
Azərbaycan Yüksəliş Partiyası Aprel döyüşləri şəhidlərinin timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün qəhrəmanlarımızın ruhu qarşısında baş əyir, hər birini dərin ehtiramla anır, Qəhrəman Ordumuza daim ZƏFƏR arzulayır.