Azərbaycan Yüksəliş Partiyasının şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə bağlı Nazirlər Kabinetinə təqdim etdiyi təkliflər paketinə Elm və Təhsil Nazirliyindən sonra "ASAN xidmət"dən də cavab gəldi.
Təkliflərlə bağlı müvafiq qurumlarla təmaslar davam etdiriləcək.
Qeyd edək ki, AY Partiya tərəfindən ictimai müzakirələr əsasında şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə bağlı təkliflər paketi hazırlanıb və bu il iyulun 25-də Nazirlər Kabinetinə təqdim olunub.