Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_a0e67cd0b6d035ef7824be2468303e11, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya Azərbaycan xalqını Çərşənbə münasibətilə təbrik edib
İlaxır çərşənbə müqəddəs Novruz bayramının əsas atributlarından biridir. Ruhların təmizləndiyi, təbiətin oyandığı bu gözəl günü xalqımız ta qədim dövrlərdən əsl bayram kimi qeyd edir.
Çox ağır keçən uzun illərin ayrılığından, dərd-qəmindən sonra İlaxır çərşənbənin, ardınca isə Novruz bayramının Qarabağlı Azərbaycana gəlişi mübarək olsun!
Ürəyimizin açıldığı, torpağımızın cana gəldiyi bu gözəl bayram, öz qədəmləri ilə hər birimizin həyatına sevinc gətirsin, ölkəmizi bərəkətli, dövlətimizi qüdrətli, ordumuzu yenilməz, insanlarımızı məsud eləsin!
Azərbaycan Yüksəliş Partiyasının üzvləri bu gözəl gün münasibətilə hamınızı təbrik edir.