Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_da44fe95d7175088b4e176fd8fd56163, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya Baş Məclisi sədrinin müavini Rəbiqə İsbiyevanın doğum günüdür
Azərbaycan Yüksəliş Partiyasının dəyərli üzvlərindən biri, tanınmış ziyalı, AY Partiya Baş Məclisi sədrinin müavini Rəbiqə xanım İsbiyevanın doğum günüdür.
Rəbiqə xanım ölkəmizdə milli-azadlıq hərəkatı vüsət tapdığı ilk vaxtlardan bu müqəddəs mübarizəyə cani-könüldən qoşulan dəyanətli xanımlarımızdan olub. Hərəkatın sıra nəfəri kimi milli ideyaların bərqərar olması yönündə yorulmaz fəaliyyət göstərib, bu yolda əlindən gələni əsirgəməyib.
Rəbiqə xanım uzun illərdir, insanların sağlamlığının keşiyində dayanan tanınmış həkimdir. Onun əllərinin şəfası saysız-hesabsız xəstələri sağlamlığa qovuşdurub, insanları daha gözəl günlərə səsləyib.
Rəbiqə xanım Azərbaycan Yüksəliş Partiyası yaranan gündən təşkilatın formalaşması və güclənməsi istiqamətində yüksək əzmkarlıqla fəaliyyət göstərən ən fəal partiyadaşlarımızdan biri kimi hamımız üçün çox qiymətli və əzizdir.
Dəyərli Rəbiqə xanımı doğum günü münasibətilə AY Partiya Başqanı Anar Əsədli və partiya üzvləri adından ürəkdən təbrik edir, şəxsi həyatında və siyasi fəaliyyətində uğurlar arzulayırıq.