Azərbaycan Yüksəliş Partiyası Baş Məclisinin növbəti iclası keçirilib.
İclasın gündəliyinə AY Partiya Başqanının yeni müavinlik postunun təsis edilməsi, Baş Məclis sədrinin müavininin seçilməsi, Baş Məclisə yeni üzvlərin qəbul edilməsi, AY Partiya Başqanının yeni müavinlərinin təsdiqlənməsi və digər məsələlər daxil edilib.
Tədbirdə iştirak edən AY Partiya Başqanı Anar Əsədli yeni müavinlik postu ilə bağlı məlumat verib. O bildirib ki, partiya fəaliyyətində şəhid ailələrinə, qazilərə, ümumilikdə müharibə iştirakçılarına xüsusi yer ayırır. Bu baxımdan AY Partiya Başqanının Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə iş üzrə müavini postunun təsis edilməsi vacibdir.
Müzakirələrdən sonra Anar Əsədlinin təklifi səsə qoyularaq, qəbul edilib.
AY Partiya Başqanının I müavini – İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov bildirib ki, Baş Məclisin sədr müavini Əlisəfa Quliyev səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsini xahiş edib. Çıxış və müzakirələrdən sonra Əlisəfa Quliyevin istefası qəbul olunub, Xatirə Cəfərova Baş Məclisin sədr müavini seçilib.
İclasda Baş Məclisə yeni üzvlər qəbul edilib.