Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin rəhbərlik etdiyi nümayəndə heyəti Quzey Kipr Türk Respublikasına səfəri başa vuraraq, Türkiyənin Adana vilayətinə gəlib.
AY Partiya Başqanı Adananın Aladağ rayonuna gedib. Burada rayonun bələdiyyə sədri Mustafa Akgedik Anar Əsədlini qarşılayıb.
Anar Əsədli bələdiyyə sədrinin müşayiəti ilə yanğın baş vermiş ərazilərə gedib, evləri, təsərrüfatları yanaraq, yararsız hala düşmüş
sakinlərlə görüşüb, Azərbaycan xalqının onların dərdlərinə şərik olduğunu deyib.
Partiya Başqanı zərərçəkmiş sakinlərə Azərbaycanın salamını çatdırıb, ölkəmizin daim qardaş Türkiyənin yanında olduğunu vurğulayıb. O bildirib ki, Türkiyə heç vaxt Azərbaycandan dəstəyini əsirgəmədiyi kimi, Azərbaycan da bu çətin günlərində qardaşlığımı əsirgəməyəcək.
AY Partiya Başqanını səfərdə I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqan müavini Gülşən Hacıyeva və Baş Məclisin üzvü Saleh Həsənov müşayiət edir.