Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php73/sess_b5a4a4eb009493f56e4b1123ffb3e7d7, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya Başqanı akademik Eldar Salayevin vəfatı ilə əlaqədar başsağlığı verib
Alim, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş Eldar Salayev 88 yaşında vəfat edib.
Bir çox mükafatın laureatı olan Eldar Salayev 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur.
O, bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alim olub, 420 elmi əsərin, 88 ixtiranın və patentin, 4 monoqrafiyanın müəllifidir.
Görkəmli akademikin vəfatı ilə əlaqədar onun ailə üzvlərinə, yaxınlarına, elm cameəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
Anar Əsədli Azərbaycan Yüksəliş Partiyasının Başqanı