Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevə təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli Aydın bəy!
Sizi və “Bakı-Xəbər” qəzetinin kollektivini qəzetin fəaliyyətə başlamasının 19-cu ildönümü münasibətilə təbrik edir, uğurlar diləyirəm.
“Bakı-Xəbər” nəşrə başladığı ilk vaxtlardan cəmiyyətin problemlərinə işıq tutmaqla geniş oxucu auditoriyasına sahib olmağı bacarıb. Qəzetdə xəbərlərlə yanaşı, analitik yazılara, araşdırmalara, müsahibələrə geniş yer verilməsi oxucuların diqqətini çəkib. Çap mətbuatına diqqətin bütün dünyada azaldığı indiki məqamda “Bakı-Xəbər”in fəaliyyətini davam etdirməsi böyük uğur sayıla bilər.
Sizi və qəzetin kollektivini bir daha təbrik edir, həm “Bakı-Xəbər” qəzetinin, həm “Bakı-Xəbər” saytının, həm də “Bakı-Xəbər TV”-nin daha böyük uğurlara imza atmasını arzulayıram".