Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_3a7b7515695f0f6d689a263291db63c4, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya başqanı Anar Əsədli Qırğızıstan sərhədində baş verənlərə münasibət bildirdi
Sentyabrın 16-dan etibarən Tacikistan və Qırğızıstan sərhədində silahlı qarşıdurmanın olması və nəticədə 103 qırğız türkü qardaşımızın həyatını itirməsi Azərbaycan Yüksəliş Partiyası olaraq bizi dərindən üzüb. Qarşıdurmada şəhid olan 103 qırğız qardaşımıza Allahdan rəhmət diləyirik!
Qırğızıstanın müstəqil siyasət yürütməsi və Türk dünyasının birliyi üçün gördüyü işlər son zamanlar Rusiyanın qərəzli yanaşmaları ilə də müşahidə olunmaqdadır. Əsrlərdir, işğalı altında olmuş hər bir dövlətin Rusiyanın dediklərinə əməl etmədiyi təqdirdə təhdit etmək üçün bir oyunu var. Azərbaycanda bu oyun ermənilər üzərindən oynanılırsa, Qırğızıstanda taciklər vasitəsilə oynanılır. Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda da İran təhlükəsi labüd şəkildə özünü göstərməkdədir. Hər iki qaynar nöqtənin fars və tacik kimi bir-birinə çox yaxın iki xalqdan gəlməsi bölgədə Rusiyanın bu xalqları manipulyasiya edərək, təzyiq vasitəsinə çevirdiyini göstərir.
Rusiyanın hər zaman tətbiq etdiyi təhdid yolunu seçərək taciklərin əli ilə qırğızlara saldırması ən böyük ehtimallardandır.
AY Partiya olaraq qardaş xalqımızın yanında olduğumuzu bildirir və inanırıq ki, ən qısa zamanda Qırğızıstan Tacikistana layiqli cavabı verəcək.
Tanrı Türk qardaşlarımızı qorusun! Anar Əsədli AY Partiya Başqanı