Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Ankarada Qəzetçilər Cəmiyyətinin Başqanı Nazmi Bilgin ilə bir araya gəlib.
Görüşdə Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı durumuna dair müzakirələr aparılıb, iki ölkənin bütün sahələri əhatə edən təşkilatlarının, o cümlədən media və siyasi qurumlarının əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyindən danışılıb, bu istiqamətdə atılması gərəkən addımlar barədə fikir və təkliflər səsləndirilib.
Görüşdə tanınmış jurnalist, TRT-nin əməkdaşı Olqunay Kösə də iştirak edib.