Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Adanaya səfəri çərçivəsində bu şəhərdə yerləşən Çukurova Dövlət Universitetini ziyarət edib. AY Partiya Başqanının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin köklü təhsil ocaqlarından olan universitetin 22 hektarlıq ərazidə yerləşən kampüsünü gəzib, ayrı-ayrı fakültələrinə baş çəkib.
Nümayəndə heyəti universitetin hüquq fakültəsinin katibi Çingiz Kurtla görüşərək, fakültə haqqında məlumat alıblar.
Anar Əsədlinin rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra rektor, professor Məryəm Tuncellə görüşüb.
Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın vəziyyəti, tələbə mübadiləsi, Türkiyə ali məktəblərinin Azərbaycanda filiallarının yaradılması imkanları müzakirə olunub, bu məsələlərlə bağlı təkliflərin hazırlanmasına qərar verilib.
AY Partiya Başqanı rektora Azərbaycan bayrağı və "Xarı bülbül" nişanı təqdim edib.