Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli 28 Mart - Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi General-polkovnik Əli Nağıyevə təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Cənab General!
Sizi 28 Mart - Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibətilə təbrik edir, Azərbaycan Dövlətinin təhlükəsizliyinin təmin olunması istiqamətindəki fəaliyyətinizdə uğurlar diləyirəm.
Azərbaycanın Milli təhlükəsizlik orqanları yarandığı 1919-cu il 28 Mart tarixindən indiyədək şərəfli bir yol qət edib, dövlətimizin təhlükəsizliyinin təmin olunması üçün böyük işlər görüb.
Xüsusilə, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdə böyük qəhrəmanlıq, şücaət göstərən təhlükəsizlik xidməti orqanları əməkdaşlarının əvəzedilməz rolu olub.
Cənab General!
Sizi bir daha təbrik edir, rəhbərlik etdiyiniz Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Dövlətinin milli təhlükəsizliyinin təmin olunmasında bundan sonra da böyük işlər görəcəyinə, uğurlara imza atacağına əminliyimi bildirirəm".