Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_41f170abd1c52f3eb4f9b824fe439a64, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya Başqanı EkoAvrasya Dərnəyinin Başqanı ilə görüşdü
Ankarada Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli ilə EkoAvrasya Dərnəyinin İdarə Heyətinin Başqanı Hikmət Ərən arasında Ankarada görüş baş tutub.
Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, müavini Elşad Abdullayev, məsləhətçisi Rza Heyət, ATAMDER idarə Heyəti Başqanı Gürkan Kalkan və Ankara Azərbaycan Evi Dərnəyindən Kəmal Güney iştirak ediblər.
Görüş sırasında Türk dövlətləri arasında sərbəst ticarət və ortaq bazarın yaradılmasının əhəmiyyəti, Azərbaycan ilə Türkiyə arasında gömrük rüsumlarının ləğv edilməsinin vacibliyi, hər iki ölkənin siyasi partiyaları arasında dialoq və əməkdaşlıq platformasının yaradılmasının zərurəti, Türk dövlətlərinin Avrasiyanın aparıcı ölkələri olmasının yolları haqqında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, hər iki ölkənin yeni partiyaları arasında görüşlərin keçirilməsi və əməkdaşlığın qurulması vacib məsələlərdən biridir.
Tərəflər davamlı əməkdaşlığa dair razılığa gəliblər.
AY Partiya Başqanı Hikmət Ərənə Azərbaycan bayrağı və Vətən müharibəsinin simvolu olan Xarı bülbül nişanını təqdim edib.