Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün dəyərli mətbuat nümayəndələri - reportajları ilə gündəm olan ustad jurnalist Səbuhi Məmmədli və Tehran Orucoğlu ilə bir araya gələrək, Quzey Kipr Türk Cümhuriyyəti və Türkiyə səfərlərindən danışıblar.
Anar Əsədli 12 günlük səfər zamanı keçirilən görüşlər, ziyarətlər barədə ətraflı məlumat verib, AY Partiyanın yaxın aylarda həyata keçirməyi planlaşdırdığı layihələrdən söz açıb. AY Partiya Başqanı jurnalistlərin suallarını cavablandırıb, ölkə və dünya gündəmindəki məsələlərə münasibət bildirib.
Görüş barədə geniş reportajlar sabah təqdim olunacaq.