Azərbaycan Yüksəliş Partiyasının təsis etdiyi “Məhəmməd Əmin Rəsulzadə” mükafatına layiq görülmüş Azərbaycan Kültür Dərnəyinin keçmiş Başqanı Feyzi Aküzümün ödülü Aküzümlər ailəsinə təqdim olunub.
Ankarada səfərədə olan AY Partiya Başqanı Anar Əsədli ailənin təmsilçisi, Türkiyənin keçmiş mədəniyyət və turizm naziri, millət vəkili İlhan Aküzümlə görüşərək, ona mükafatı təqdim edib.
Səmimi şəraitdə keçən görüşdə İlhan Aküzüm mükafat üçün təşəkkürünü bildirib, Azərbaycanın daim güclü, qüdrətli olmasını arzu etdiklərini dilə gətirib.
Görüşdə jurnalist-yazar Səlcuq Alkın da iştirak edib.
Xatırladaq ki, əslən Azərbaycandan olan Aküzümlər ailəsinin nümayəndələri Türkiyədə müxtəlif dövlət vəzifələrində təmsil olunublar. İlhan Aküzüm isə Türkiyədə nazir olmuş Azərbaycan əsilli ilk şəxsdir.