Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Özbəkistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun dosenti Feruza Cumaniyazova və təbrizli dəyərli folklorşünas, tədqiqatçı Əlirza Sərrafi ilə görüşüb.
Görüşdə Azərbaycan və Özbəkistanın ortaq folklorundan, tarixindən, ədəbiyyatından danışılıb, bu sahədə əlaqələrin genişləndirilməsi ücün AY Partiyanın Özbəkistan və Təbriz türkləri ilə birgə mədəni-ictimai fəaliyyətinin qurulmasının vacibliyinə diqqət çəkilib, bəzi məsələlərdə ilkin razılaşmalar əldə edilib.
Partiyamız, millətimiz və dövlətlərimiz üçün xeyirli, uğurlu olsun.
Görüşdə AY Partiya Başqanının Türk Dünyası və ideoloji məsələlər üzrə müavini Aynur Qəzənfərqızı da iştirak edib.