Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Pakistanın ölkəmizdəki Səfiri Bilal Hayeeyə başsağlığı verib.
Başsağlığında deyilir: "Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfiri cənab Bilal Hayee
Hörmətli səfir!
Pakistanın Pişəvər bölgəsində yerləşən Kucha Risaldar məscidində ibadət zamanı törədilən partlayış nəticəsində 57 nəfərin həlak olduğu, 200-dən artıq insanın yaralandığı xəbərini böyük təəssüf hissi ilə oxudum.
Bu hadisədən kədərləndiyimi bildirirək, həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyir, hər zaman yanımızda olan qardaş Pakistan xalqına və dövlətinə başsağlığı verirəm.
Bildirirəm ki, dinindən, irqindən asılı olmayaraq, terror və terrorçu hər zaman lənətlənməlidir.
Bir daha başınız sağ olsun!
Hörmətlə
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Bakı şəhəri".