Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli dünya miqyasında tanınan alim Rafiq Əliyevi 80 illik yubileyi ilə əlaqədar təbrik edib.
Təbrikdə deyilir: “Dünya şöhrətli alim, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevə
Hörmətli professor!
Sizi doğum gününüz – 80 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı, elmi və ictimai fəaliyyətlərinizdə uğurlar diləyirəm.
Dəyərli Rafiq müəllim!
Siz ömrünüzü Azərbaycan elminin inkişafına, yüzlərlə tələbənin, elm adamının yetişməsinə həsr edən, hər zaman öz mövqeyi ilə seçilən, mövqeyini açıqlamaqdan çəkinməyən bir ziyalı kimi çox dəyərlisiniz. Ölkə daxilində və xaricində Azərbaycanı layiqli şəkildə təmsil etmisiniz, araşdırmalarınız, əsərlərinizlə Azərbaycan və dünya elminə böyük töhvələr vermisiniz. Təbriz, Corciya, Zigen, Yakın Doğu üniversitetlərinin fəxri professoru, süni intellekt və qeyri-səlis nəzəriyyə sahəsində dünya miqyasında tanınmış alim kimi Azərbaycanın qürur mənbələrindən birinə çevrilmisiniz.
Siz əsl ziyalı, prinsiplərinə sadiq, gerçək bir elm adamının bariz örnəyisiniz.
Sizi bir daha ürəkdən təbrik edirəm.
Dərin hörmətlə
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı”