Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bu gün Qırğız Respublikasının Azərbaycandakı səfirliyinə gedərək, Rusiyada baş verən ağır yol qəzası nəticəsində Qırğızıstan vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı verib.
AY Partiya Başqanını səfirlikdə Qırğız Respublikasının ölkəmizdəki səfiri Kayrat Osmonaliyev qarşılayıb.
Anar Əsədli və Kayrat Osmonaliyev arasında keçirilən görüşdə Azərbaycan və Qırğız Respublikasının mövcud əməkdaşlığından, əlaqələrin daha da inkişaf etdirilməsi üçün görülməsi vacib olan tədbirlərdən danışılıb.
AY Partiyanın millətçi təşkilat olduğunu bildirən Anar Əsədli əlavə edib ki, partiya Türk Dünyası birliyinin qurulması, güclənməsi inkişaf etməsi sahəsində mütəmadi təkliflərlə çıxış edir, bu istiqamətdə layihələr həyata keçirir.
Anar Əsədli baş verən faciə ilə bağlı qardaş xalqa başsağlığı verib, səfirlikdə qoyulmuş matəm kitaabına ürək sözlərini yazıb.