Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli, Başqan müavinləri Sevinc Fədai, Gülşən Hacıyeva, Rəşad Bakuvi, Baş Məclis sədrinin müavini Xatirə Hacı Pikə Axundovanın Beynəlxalq Muğam Mərkəzində keçirilən "Qələbədir adın" mono-tamaşasının premyerasında iştirak edib.
Libretto müəllifi şair Kəmalə Abıyeva, solisti İlham Nəzərov olan tamaşa Şuşanın işğal və azad edilməsini özündə əks etdirib.
Azərbaycanın şanlı tarixi olan 44 günlük Vətən müharibəsini və milli-mənəvi dəyərlərimizi böyük ustalıqla tamaşaçıya çatdıra bilən yaradıcı heyətə təşəkkür edir, uğurlar diləyirik.