Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Mersində tanınmış iş adamı, "Kahramanlı Logistics Group"un qurucusu və sahibi Əli Qəhrəmanlı ilə bir araya gəlib.
1970-ci ildə qurulan şirkət nəqliyyat, sənaye və ticarət sahəsində fəaliyyət göstərir.
Əli Qəhrəmanlı bildirib ki 70 logistika xidməti göstərən şirkət 84 iri tonnajlı yük avtomobilinə sahibdir. Asiya və Yaxın Şərqə çatdırılma xidmətləri göstərir. Şirkət 19 000 kv.m ərazidə yük gəmilərini qəbul edir. 8500 kv.m sahəsi olan açıq və qapalı anbarı var, bundan başqa 3 000 kv.m soyuducu anbara malikdir.
Anar Əsədli isə bildirib ki, Azərbaycanla Türkiyə arasında iqtisadi-ticari münasibətlərin inkişafını təmin etmək üçün hər iki ölkənin regionlardakı iş adamlarının bir araya gəlməsi şərtdir. Yerlərdəki iş insanları qarşılıqlı səfərlər etməli, bölgələri araşdırmalı, iş imkanlarını öyrənməlidir. Bundan sonra səmərəli işlər qurula bilər.
AY Partiya Başqanını görüşdə I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, müavini Gülşən Hacıyeva, Baş Məclisin üzvü Saleh Həsənov müşayiət ediblər.