Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə birlikdə ötən gün keçirdiyi dinc aksiya ilə əlaqədar saxlanılaraq, polis bölməsinə aparılan ictimai-siyasi fəal Bəxtiyar Hacıyevi ofisində ziyarət edib, “keçmiş olsun” diləklərini çatdırıb.
Bəxtiyar Hacıyev qarşılaşdığı haqsızlıqla bağlı Daxili İşlər Nazirliyi qarşısında fərdi şəkildə etiraz aksiyası keçirməyə cəhd etdiyini, bu zaman polis zorakılığı ilə üzləşdiyini bildirib.
Partiya rəhbərləri hesab edir ki, istənilən şəxsə qarşı belə fiziki təzyiqin göstərilməsi yolverilməzdir. Pozulmuş hüquqlarının bərpa olunması üçün dinc şəkildə aksiya keçirmək hər bir vətəndaşın Konstitusiya ilə tanınan təməl haqqıdır.
Onlar ümid edirlər ki, bu məsələ ədalətli və obyektiv şəkildə araşdırılacaq, məsuliyyət daşıyan şəxslər cəzasız qalmayacaq.