Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_6f3c552f2006027b50240ad9c431269d, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya Başqanı və Ümid Partiyası Sədri arasında görüş keçirilib
Azərbaycan Yüksəliş (AY) Partiyası ölkədə fəaliyyət göstərən siyasi partiyalarla görüşlərə davam edir.
Bu gün AY Partiya Başqanı Anar Əsədli Ümid Partiyasının Sədri İqbal Ağazadə ilə görüşüb
Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqan müavini Elşad Abdullayev, Baş Məclisin sədri Şəmsəddin Rəhimli, katibi Turac Hacızadə, Gənclər Təşkilatının üzvü Ruhəngiz Cəfər, Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev, Ümid Partiyası Sədrinin təbliğat və təşviqat məsələləri üzrə müavini Tamilla Qulami iştirak ediblər.
AY Partiya Başqanı partiyanın quruluşu, görüşlərin məqsədi barədə məlumat verib. Anar Əsədli ölkədəki siyasi qüvvələrin əməkdaşlığının vacibliyindən danışıb.
İqbal Ağazadə isə bildirib ki, Azərbaycanın siyasi qüvvələri arasında demokratik platformanın qurulması vacibdir. Onun fikrincə, istər parlament, istərsə yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərə hazırlıq məqsədi ilə partiyalar və 3-cü sektor arasında müzakirələrin başlaması günün tələbidir. İqbal Ağazadə ölkənin demokratikləşməsini istəyən və bu istiqamətdə fəaliyyət göstərən hər kəslə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Görüşdə gündəmə dair digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.