Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli və müavinləri Gülşən Hacıyeva, Sevinc Fədai, Nigar Sultanlı dəyərli yazıçı, şair və fikir adamları ilə görüşü olub.
Partiya rəhbərliyi Gənc Tamaşaçılar Teatrında yazıçı Əyyub Qiyasın “Qara işıq” romanının təqdimatında iştirak edib. Həmçinin, filosof Müşfiq Ötgün və şair Rauf Qaraişığın birgə yazdığı "Sadəliyin dözülməz gözəlliyi" kitabını əldə etmək üçün Bakı Kitab Mərkəzində müəlliflərlə bir araya gəlib.
Məmləkət söhbətlərində bir daha vurğulanıb: "Bu dövləti və cəmiyyəti məhz aydınlarla irəli aparacağıq".