Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli, Başqanlıq Heyətinin üzvləri Gülşən Hacıyeva, Rəşad Bakuvi ilə birlikdə İdman Araşdırmalar Mərkəzinin 10 illik yubileyi münasibətilə jurnalistlər arasında təşkil etdiyi mini-futbol üzrə Zəfər Kuboku turnirinin açılışına qatılıb.
“Zəngilan” – “Xankəndi” komandalarının qarşılaşmasından öncə keçirilən açılışda çıxış edən Anar Əsədli bu turnirdə bütün komandaların qalib olduğunu bildirib. O əlavə edib ki, bu gün işğaldan azad edilmiş bölgələrin adlarını təmsil edən komandaların qurulması böyük qürurdur: “İnanıram ki, ən qısa zamanda Xankəndidə belə yarışlar keçiriləcək”.
Anar Əsədli professor Qulu Məhərrəmli, tanınmış şahmatçı Zeynəb Məmmədyarova və Mərkəzin rəhbəri Elşən Məmmədov ilə birlikdə oyunun açılışını edib.
Sonda xatirə fotoları çəkilib.