Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Başqanı Anar Əsədli Gülşən Məmmədoğlu Məcid qızının Azərbaycan Yüksəliş Partiyası Başqanının İnsan haqları və QHT üzrə müavini təyin edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Gülşən Məmmədoğlu Məcid qızı Azərbaycan Yüksəliş Partiyası Başqanının İnsan haqları və QHT üzrə müavini təyin edilsin.
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Bakı şəhəri
4 dekabr 2021-ci il”.
Qeyd edək ki, Gülşən Məmmədoğlu Məcid qızı 1977-ci ildə Saatlı rayonu Nərimankənd kəndində anadan olub.
Orta təhsilini Murad Mehbalıyev adına tam orta məktəbdə, ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Univetsitetinin tarix fakültəsində alıb.
Bir müddət tarix müəllimi kimi çalışıb, daha sonra müxtəlif şirkətlərdə işləyib.
2012-ci ildən ictimai fəaliyyətlə məşğul olub.
Azəri-Türk Qadınlar İctimai Birliyində sədr müavini, layihə rəhbəri, qurumun nəzdindəki Türk Dünyası Mədəniyyət Mərkəzində sədr vəzifələrini daşıyıb, Dünya Azərbaycanlıları Konqresində Dünya Mətbuatla iş üzrə müşavir kimi fəailliyyət göstərib. AMEA Mərkəzi Elmi Kitabxanasında İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri, Kitabxananın "Kitabxana və informasiya araşdırmaları" elmi jurnalının məsul katibi və redaktoru, Beynəlxalq əlaqələr bölməsinin Baş mütəxəssisi olub.
Azərbaycan İlahiyyat İnstitunda İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsində Baş mütəxəssis vəzifəsində işləyib.
2019-cu ildən indiyə qədər AMEA Elm Tarixi İnstitutunda İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyir.
Bir qızı var.