Bu gün tanınmış jurnalist, çağdaş mətbuatımızın parlaq imzalarından və Azərbaycan Yüksəliş Partiyasının qurucularından biri olan Aygün Muradxanlının doğum günüdür.
Aygün xanım hər zaman ictimai-siyasi proseslərdə fəallığı ilə seçilib. Azərbaycanda müstəqil mətbuatın formalaşıb, təşəkkül tapmasına öz layiqli töhfəsini verib. Artıq uzun illərdir ki, oxucuların və Vətən təəssübkeşlərinin həsrətlə gözləyib, sevə-sevə oxuduğu azsaylı qələm adamları içində Aygün Muradxanlı imzasının xüsusi yeri var. Təcrübəli bir jurnalist olaraq cəmiyyətin ağrılı problemlərini, milli dərdlərimizin kökü və mahiyyətini qələmə alan Aygün xanım öz fəal vətəndaş mövqeyi ilə də seçilən aydınlarımızdandır.
Aygün xanımı təbrik edir, şəxsi həyatında, yaradıcılığında və millət naminə işlərində uğurlar arzulayıram.