Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Ədalət Partiyasının sədri İlyas İsmayılovu doğum günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Hörmətli İlyas müəllim!
Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə cansağlığa arzulayır, ictimai-siyasi həyatınızda uğurlar diləyirəm.
Siz müasir Azərbaycanın siyasi tarixində xüsusi mövqeyi, yeri olan bir şəxs kimi iz qoymusunuz. Hər zaman ədaləti, qanunu ön planda tutaraq, fəaliyyətinizi bu prinsiplər üzərində qurmusunuz. Cəmiyyətdə hüququn aliliyinin təmin olunması istiqamətində apardığınız mübarizə, göstərdiyiniz xidmətlər təqdirəlayiqdir. Yüksək vəzifələr tutduğunuz dönəmlərdə də gerçək bir dövlət xadimi kimi fəaliyyətiniz hər zaman yüksək qiymətləndirilib, xalqın sevgisini qazanmısınız.
Sizi bir daha təbrik edirəm.
Hörmətlə,
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı".