Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli Prezident!
Sizi və Özbəkistan xalqını Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Azərbaycan və Özbəkistan Respublikası arasındakı mövcud ictimai-siyasi, iqtisadi, mədəni, ədəbi əlaqələr ortaq türk tarixinə, qardaşlığa əsaslanır. Türk Dünyası Birliyi çərçivəsində bu münasibətlərin inkişaf etməsi dövlətlərimizin daha da yaxınlaşması və güclənməsi baxımından çox vacibdir. Bu istiqamətdə atılan addımlar bizi məmnun edir.
Ümid edirəm ki, iki dövlət arasında əlaqələr daha da yüksək səviyyəyə yüksələcək və hər iki dövlətin xeyrinə inkişaf edəcək.
Bayram münasibətilə Sizi və qardaş Özbəkistan xalqını bir daha təbrik edir, ölkələrimizin müstəqilliyinin əbədi olmasını arzulayır, Azərbaycan və Özbəkistan Respublikasının birgə güclənməsini, inkişaf etməsini diləyirəm".