Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php73/sess_b15d5d9564bbab38423ff9543e676e1f, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya Başqanından pofessor Qorxmaz Quliyevə təbrik
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli alim, filosof, tərcüməçi, ədəbiyyatşünas, professor Qorxmaz Quliyevə təbrik ünvanlayıb:
Təbrikdə deyilir: "Hörmətli professor!
Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı, fəaliyyətinizdə uğurlar diləyirəm.
Bir ictimai xadim, elm adamı, ziyalı kimi Sizin Azərbaycan elminə töhfəniz böyükdür. Milli Azadlıq Hərəkatının öndə gedən ziyalılarından biri olmaqla yanaşı, istər tərcümələriniz, istər ədəbi əsərlərə dair təhlilləriniz çox dəyərlidir. Ərsəyə gətirdiyiniz onlarla elmi monoqrafiya, dərs vəsati, elmi məqalə bu sahədə araşdırma aparanların əsas istinad yerlərindən biridir.
Bu əvəzsiz xidmətlərinizdən dolayı Sizə minnətdarıq.