Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli Prezident!
Sizi və Qırğız xalqını Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Azərbaycan və Qırğız Respublikasının ortaq türk tarixinə, qardaşlığa söykənən ictimai-siyasi, iqtisadi, mədəni, ədəbi əlaqələri mövcuddur. Bu münasibətlərin Türk Dünyası Birliyi çərçivəsində inkişaf etməsi həm dövlətlərimizin daha da yaxınlaşması, həm də güclənməsi baxımından bizi məmnun edir. Ümid edirəm ki, bu əlaqələr ən yüksək səviyyəyə yüksələcək və hər iki dövlətin xeyrinə inkişaf edəcək.
Bayram münasibətilə Sizi və qardaş Qırğız xalqını bir daha təbrik edir, ölkələrimizin müstəqilliyinin əbədi olmasını arzulayır, Azərbaycan və Qırğız Respublikasının birgə güclənməsini, inkişaf etməsini diləyirəm".