Milli-mənəvi bayramların bir çox bəşəri anlamı özündə birləşdirdiyi birlik, bərabərlik, yardımlaşma, mərhəmət, sevgi kimi dəyərlər insan mənəviyyatının təməlinə söykənir.
Bu gün qeyd etdiyimiz Qurban bayramı da bizə ədalətli, yardımsevər olmağı, paylaşmağı aşılayır və öyrədir.
Digər dini bayramlar kimi, Qurban bayramının da əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan ölkəmizdə böyük əhəmiyyətə malikdir.
Artıq ikinci ildir, Azərbaycanın hər yerində olduğu kimi, işğaldan azad edilmiş bölgələrində də qurbanlar kəsilib, paylanacaq.
Ölkəmizin istiqlalı, tərəqqisi bizim üçün çox önəmlidir. Müxtəlif inanclı insanların bir arada yaşayıb, böyük bir əzmlə eyni amal, məqsəd uğrunda mübarizəsi bizim Vətən müharibəsi dönəminin ən şanlı səhifəsidir.
Bu müqəddəs gündə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçən şəhidlərimizi bir daha ehtiramla yad edir, yaralılarımıza şəfalar diləyir, hərbçilərimizə cansağlığı arzulayırıq.
Bu bayram münasibətlə xalqımıza və bütün inanclı insanlara sağlıq, rifah və daimi xoşbəxtlik diləyirəm.