Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "
Sizi, Azərbaycan Kinematoqrafçılar İttifaqının Sədri seçilməyiniz münasibətilə təbrik edirəm.
Siz, həyatınızın böyük bir hissəsini xalqın mədəniyyət və incəsənətinin inkişafına, tərəqqisinə həsr etmiş, xalqın sevgi və rəğbətini qazanmış sənətkarsınız. Azərbaycan milli kino tarixində özünəməxsus yeri, əməyi olan mədəniyyət və ictimai xadim kimi xidmətləriniz əvəzsizdir.
Ümid edirik ki, son illər Azərbaycanın kino həyatındakı durğunluq Sizin səyiniz və fəaliyyətinizlə canlanacaq, dünya kino arenasında zirvəyə ucalacaq.
Yeni, yüksək keyfiyyətli filmlərin istehsalı, beynəlxalq film festivallarında iştirak və nailiyyətlər görmək arzusu ilə Sizə bu məsuliyyətli vəzifənizdə uğurlar diləyirəm".