Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Reaksiya TV-nin təsisçisi Zaur Qəriboğluna təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Azərbaycanın internet televiziyası məkanında xüsusi yeri və çəkisi olan Reaksiya TV-nin fəaliyyətə başlamasından 4 il ötür.
Fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, Reaksiya TV kifayət qədər tanınmağı, geniş izləyici auditoriyasına sahib olmağı bacarıb.
Tam tərəfsiz, müstəqil, Azərbaycanda və dünyada baş verən proseslərə hər zaman milli mövqedən yanaşan internet televiziyası olmağı özünə hədəf seçən Reaksiya TV məqsədinə çatmaq üçün əmin addımlarla irəliləyir. Buna görə də 4 il ərzində ölkədə ən çox izlənən kanallardan birinə çevrilib.
Sizi və Reaksiya TV kollektivini kanalın fəaliyyətə başlamasının dördüncü ildönümü münasibətilə təbrik edir, kanalın daha daha geniş auditoriyaya sahib olmasını arzulayır, söz azadlığının bərqərar olması istiqamətində gördüyü işlərdə uğurlar diləyirəm".