Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlıya təbrik ünvanlayıb.
Təbrikdə deyilir: “Dəyərli Səidə xanım!
Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı, fəaliyyətinizdə uğurlar diləyirəm.
Siz uzun illərdir, Azərbaycan cəmiyyətində insan haqlarının bərqərar olması, hüquq və azadlıqların qorunması yolunda yorulmadan, usanmadan qətiyyətli mübarizə aparan dönməz xanımlarımızdan birisiniz. Öz azsaylı əqidədaşlarınız ilə birgə gördüyünüz işlər, ortaya qoyduğunuz əməli fəaliyyət onilliklərdir, bəhrəsini verməkdədir.
Sizin kimi vicdanlı insan haqları müdafiəçilərinin əməyi nəticəsində yüzlərlə günahsız insan azadlığına qovuşub. Cəmiyyət tərəfindən böyük təqdirlə qarşılanan fəaliyyətinizi hələ uzun müddət davam etdirməyinizi və hər zaman mübarizənin ön sıralarında olmağınızı diləyirəm.
Doğum gününüz mübarək!”