Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Türk Dünyasının dəyərli aydınlarından Səlcuq Alkına təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Dəyərli Səlcuq bəy!
Sizi doğum gününüz münasibətilə təbrik edir, şəxsi həyatınızda cansağlığı, ictimai-siyasi fəaliyyətinizdə uğurlar diləyirəm.
Siz həyatınızın böyük hissəsini Azərbaycan davasına, Türk Dünyası birliyinin qurulmasına həsr etmiş bir mübarizə adamı kimi böyük işlər görmüsünüz. Bütöv Azərbaycan xəyalının gerçəkləşəcəyini hər zaman dilə gətirməklə yanaşı, bu istiqamətdə apardığınız mübarizə, göstərdiyiniz xidmətlər əvəzsizdir.
Ürəyi daim Azərbaycanla döyünən, bütün ictimai-siyasi fəaliyyətini bütöv Azərbaycanın var olması üzərində qurmuş bir ziyalı kimi çox dəyərlisiniz.
Sizi bir daha təbrik edirəm".