Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli “Qanun” Nəşrlər Evinin Baş direktoru Şahbaz Xuduoğluna təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
"Dəyərli Şahbaz bəy!
Sizi, Fransanın “Ədəbiyyat və incəsənət” ordeninin “Cəngavər” dərəcəsi ilə təltif edilməyiniz münasibəti ilə təbrik edirəm.
Sizin bir naşir kimi müasir Azərbaycan ədəbiyyatının inkişafına verdiyiniz töhfələr çox böyükdür.
İnanıram ki, bundan sonra da ədəbiyyat sahəsində, xüsusilə gənc qələm sahiblərinə dəstək olmaq kimi müqəddəs fəaliyyətinizi davam etdirəcək, daha böyük uğurlara imza atacaqsınız.
Sizi bir daha layiq görüldüyünüz yüksək mükafat dolayısı ilə təbrik edir, uğurlar diləyirəm".