Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Ukrayna Respublikasının Prezidenti Volodimir Zelenskiyə təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli Prezident!
Sizi və azadlıqsevər Ukrayna xalqını dövlət bayramı - Müstəqillik günü münasibətilə təbrik edirəm.
1991-ci il avqustun 24-də Ukrayna Ali Radası xalqın iradəsini əks etdirən Müstəqillik deklarasiyasını qəbul etməklə Ukrayna azadlığına qovuşdu. Eyni ildə Azərbaycanın da öz müstəqilliyini bərpa etməsi ölkələrimiz və xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrini dövlətlərarası münasibətə çevirdi. Ötən 31 ildə çətin və sevincli məqamlarda nəinki dövlət olaraq, Ukrayna və Azərbaycan qarşılıqlı səylərini əsirgəməyib, xalqlarımız də hər an bir-birinin yanında olub.
27 il ərazisinin 20 faizi işğalda qalan Azərbaycan Rusiyanın Ukraynanı işğal cəhdini dövət səviyyəsində, xalq olaraq və siyasi partiyaların bəyanatları ilə pisləyir.
Bir daha Müstəqillik günü münasibətilə Sizi və bütün Ukrayna xalqını təbrik edir, ən yaxın zamanda haqlı savaşınızda qələbə qazanaraq, Zəfər paradı keçirmənizi arzulayıram.
Yaşasın, Ukrayna-Azərbaycan dostluğu!
Yaşasın, azad və bütöv Ukrayna!"