Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php73/sess_cec15ecfc5fab42b580e606acc03f81b, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya Başqanının Ankara üzrə təmsilçi təyin edildi
Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Başqanı Anar Əsədli Ləman İlham qızı Fikrətlinin AY Partiya Başqanının Türkiyə Respublikası Ankara şəhəri üzrə təmsilçisi təyin edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Ləman İlham qızı Fikrətli Azərbaycan Yüksəliş Partiyasının Başqanının Ankara üzrə təmsilçisi təyin edilsin.
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Bakı şəhəri
21 yanvar 2022-ci il”.
Ləman Fikrətli 1982-ci il noyabr ayının 7-də Bərdə şəhərində doğulub. Azərbaycan Dillər Universitenin filologiya-ingilis dili üzrə bakalavr dərəcəsini, eyni universitetin Dilşünasliq-İngilis dili üzrə magistratura dərəcəsini fərqlənmə diplomuyla bitirib.
Azərbaycanda bir sıra universitet və məktəblərdə ingilis dili müəllimi olaraq fəaliyyət göstərib. Hazırda Ankarada yaşayır və müəllim işləyir.