AY Partiya Başqanının Avropa İttifaqı üzə təmsilçisi müəyyənləşdi
Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Başqanı Anar Əsədli Tural Bəxtiyar oğlu Əhmədovun AY Partiya Başqanının Avropa İttifaqı üzə təmsilçisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Tural Bəxtiyar oğlu Əhmədov Azərbaycan Yüksəliş Partiyasının Başqanının Avropa İttifaqı üzə təmsilçisi təyin edilsin.
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Bakı şəhəri
28 oktyabr 2021-ci il”.
Tural Əhmədov 1983-cü anadan olub. 2009-cu ildə Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini bitirib, 2009-2013 də Lökbatan bələdiyyəsində hüquq komissiyasının sədri olaraq fəaliyyətdə olub, 2013-dən İsveçin Stokholm şəhərində yaşayır.
Hazırda Stokholm metrosunda nəqliyyatın tənzimlənməsi və idarə edilməsi üzrə çalışır.