Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_b5e859f1dca2ce278efe8e8a3c099e59, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya Başqanının hədiyyələri Türkiyədə sahiblərinə çatdırıldı
"Ankarada Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin özəl hədiyyəsini - öndərimiz Məhəmməd Əmin Rəsulzadənin müəllifi olduğu və cümhuriyyətimizin qurulduğu 1918-ci ilə ithafən 1918 ədəd nəşr olunan "Əsrimizin Siyavuşu" kitabını İYİ Partiya Başqanı Meral Akşenerə çatdırması üçün müavini Ahmet Kamil Erozana təqdim etdik".
Bunu Azərbaycan Yüksəliş Partiyasının Başqan müavini Gülşən Hacıyeva bildirib.
"İYİ Partiya Başqanı üçün 1453 rəqəmini (İstanbulun fəth tarixi) seçmişdik. Ahmet Kamil Erozanla söhbət elədik, dost partiya yetkilisinə Kıbrıs səfərindən, həyata keçirməyi planlaşdırdığımız layihələrdən danışdıq.
Başqan müavini Anar Əsədliyə salamlarını çatdırdı, AY Partiyanın Türk Dünyası ilə əlaqədar fəaliyyətlərini izlədiklərini deyərək, uğurlar dilədi" - deyə o əlavə edib.
Gülşən Hacıyeva qeyd edib ki, “Əsrimizin Siyavuşu” kitabının bir nüsxəsi isə Mersində İYİ Partiya millət vəkili, dəyərli Behiç Çelikə təqdim olunub: "Millət vəkilimizə seçdiyimiz 1071 rəqəmi Malazgird savaşının baş verdiyi tarixi göstərir. Behiç Çelik bu dəyərli hədiyyə üçün AY Partiya Başqanına minnətdarlıq edərək, Türk Dünyası ilə bağlı fəaliyyətimizdə yardımını əsirgəməyəcəyini bildirdi.
Kitabın 1915-ci nüsxəsini isə Avrasiya Tarixi və Mədəniyyətləri Dərnəyinin (ATAMDER) Başqanı Gürkan Kalkana təqdim etdik. Bu rəqəm Çanaqqala zəfərinin qazanıldığı 1915-ci ilə uyğun olaraq seçilib. Gürkan Kalkan ATAMDER-in uzun illərdir, Türk Dünyasında əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərdiyini deyib. O bildirib ki, bu istiqamətdə AY Partiya ilə birlikdə fəaliyyət göstərmək niyyətindədir".