Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyəti üzvləri Ankarada Ana Vətən Partiyasında olublar.
Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Rəşad Bakuvi, Vasif İsmayıl, Aynur Qəzənfərqızı və Gülşən Hacıyeva partiyanın Başqanı İbrahim Çələbi ilə görüşüblər. Görüşdə iki ölkənin münasibətləri, Türk Dünyası birliyi ilə bağlı müzakirələr aparılıb, AY Partiya və Ana Vətən Partiyasının əməkdaşlıq perspektivləri haqqında danışılıb.
AY Partiya Başqanı Anar Əsədlinin hədiyyəsi İbrahim Çələbiyə təqdim edilib.