Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_7b35357f0688fe233177ba4434b3c0d2, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya Başqanının I müavininə doğum günü təbriki
Bu gün dəyərli dostumuz, dönməz əqidədaşımız, Azərbaycan Yüksəliş Partiyası Başqanının birinci müavini, partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılın doğum günüdür. Gənc yaşlarından Milli Azadlıq Hərəkatına qoşulan Bəhrəm bəy müqəddəs milli mücadilənin ağırlığını çiynində daşıyan, bu ağır mübarizənin mahiyyətini ehtiva edən gənclərdən biri olub. Hər cür çətinliyə, məhrumiyyətlərə mərdliklə sinə gərib, həbs həyatı yaşayıb.
Böyük Əbülfəz Elçibəyin rəhbərliyi ilə qurulan Bütöv Azərbaycan Birliyinin gənclər qoluna başçılıq edib. Uzun illər boyu tutduğu yola sadiqliyi ilə seçilib.
Bəhrəm İsmayıl bu gün də milli düşüncənin və demokratik dəyərlərin ölkəmizdə bərqərar olması uğrunda mücadilənin tanınmış isimlərindən biridir. Azərbaycan Yüksəliş Partiyasının qurucu üzvlərindən biri olmaqla, cəmiyyətimizə yeni ideyalar və sağlam siyasi mübarizə formalarını gətirməyi qarşısına məqsəd qoyan AY Partiyanın təşkilatlanması prosesində yorulmadan çalışır. Bu yolda bütün gücünü və zamanını əsirgəmir.
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli və bütün partiya üzvləri adından dəyərli Bəhrəm İsmayılı doğum günü münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımızı ismarlayır, cansağlığı və uğurlar diləyirik.